Mən UNEC tələbəsiyəm. Şikayətim filippin education ile bağlıdır, seminardan 8 bal, mühazirəden də 8 bal almalıyıq. Ənənəvi qaydada işə seminardan 4 bal almağımız kifayət idi. Cəmi 15 seminar və 8 mühazirə olur və bəzi səbəblərə görə ola bilir ki, dərsə gələ bilməyək və mühazirədə iştirak edə bilməyək, bu zaman isə bizim ballarımızdan biri 0 olaraq gedir, bu da ortalamamıza təsir edir. Həmçinin bütün günü dərs oxumaq zorunda qalırıq, oxumalıyıq onsuz, amma həm mühazirə, həm seminarlara cavab vermək zorunda qalmaq bizə boş zaman tanımır. Bəzi tələbələr işləmək zorundadı, amma onlar filippin education'a göre dərslərindən geri qalırlar. Balları aşağı olur. Bəzi tələbələr isə universitetlə yanaşı, başqa əlavə işlə də məşğuldur. Özünü inkişaf etdirmək, kompüter öyrənmək, əlavə dil öyrənmək, idman və s. Amma dərslərin ağırlığı və çoxluğu buna imkan vermir. Yenidən ənənəvi qaydaya qayıtmaq istəyirəm. Azərbaycan avropalaşmağa çalışır, amma bunu bizim üstümüzdə yoxlamaları düz deyil.